"Kəpəz" Türkiyədə

“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Sportline.az klubun mətbuat xidmətinə istinad xəbər verir ki, komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Antalya şəhərinə yola düşüb.

Gəncə təmsilçisi təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək. “Kəpəz” yanvar 14-də Macarıstan “MTK Budapeşt”i, yanvarın 16-da Serbiya “Novi Pazar”ı, yanvarın 18-də isə Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq.

Banner