"Kəpəz" qələbə qazandı

Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Serbiyanın "Spartak" kollektivi olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, buna qədər Türkiyədəki üç hazırlıq oyununa çıxan “Kəpəz” Rumıniyanın “Vitorul” klubu ilə heç-heçə edib (1:1), Cənubi Koreyanın “Daejeon Citizen” komandasına qalib gəlib (1:0) və "Yagelloniya"ya (Polşa) 1:8 hesabı ilə uduzub.


31 yanvar 2018
Yoldaşlıq görüşü

"Kəpəz" - "Spartak" (Serbiya) - 2:0
Qollar:
 İlkin Sadiqov, 25, Dario, 72