"Kəpəz" "Zirə" ilə oyuna itkilərlə çıxacaq

“Kəpəz” Premyer Liqanın 18-ci turunda “Zirə” ilə oyuna itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, Zamiq Əliyevlə Ruslan Süleymanov ilin son oyununu buraxacaqlar.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun zədəli olduğu üçün komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.

Bu gün Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Kəpəz” oyunu saat 15:00-da başlanacaq.

Banner