"Kəpəz"in qış hazırlıq planı

"Kəpəz"in qış hazırlıq planı müəyyənləşib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qış fasiləsi üçün istirahətə buraxılan komanda məşqləri gələn ilin ilk günlərində bərpa edəcək.

Hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-ə kimi burada məşq edəcəklər. “Sarı-göylər” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar. Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda 7-19 yanvar tarixlərində qardaş ölkədə hazırlıq keçəcəklər. Toplanış Antalyanın Bələk qəsəbəsində reallaşacaq.

Banner