"Kəpəz"in rəqibi müəyyənləşdi

Birinci divizionda yeni mövsümün hazırlıqlarını Gəncədə davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə yoxlama oyunları da keçirəcək.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər”in ilk rəqibi aşağı dəstənin digər təmsilçisi “Turan Tovuz” olacaq.

Tovuzlularla oyun sentyabrın 19-na təyin olunub. Gəncədə keçiriləcək görüş saat 16:00-da başlayacaq.