Kerem Aktürkoğlunun "Benfika"dakı son durumu
Türkiyə millisinin üzvü Kerem Aktürkoğlunun "Benfika"dakı durumu ürəkaçan deyil.
Sportline.az xəbər verir ki, təcrübəli hücumçu start heyətindəki yerini itirmək üzrədir.
Mövsümə uğurlu başlasa da son oyunlarda "nişangahı pozulan" forvard Andres Şelderupla rəqabəti uduzur.
Vurduğu qollarla yerli publikanın sevimlisinə çevrilən Kerem, indi start heyətində yer almaqda çətinlik çəkir.
Baş məşqçi Bruno Laje 20 yaşlı Şelderupa üstünlük vediyini Portuqaliya kubokunun yarımfinalında da nümayiş etdirib.
"Braqa"ya qarşı yüksək performans sərgiləyən norveçli ilə bağlı qərar artıq dəyişmək üzrədir.
"A Bola"nın yaydığı məlumata görə Şelderupu icarəyə göndərməyə hazırlaşan "Benfika" rəhbərliyi bu fikirdən daşınaraq ona daha çox şans vermək qərarına gəlib.
Bu, isə dekabrın 7-dən bəri qol vura bilməyən Kerem Aktürkoğlunun start heyətindəki mövqeyinin "laxladığı" anlamına gəlir.
Qeyd edək ki, türkiyəli hücumçu "Benfika" formasıyla meydana çıxdığı 22 oyunda 10 qol, 6 asist müəllifidir.