Kerem Aktürkoğlunun "Benfika"ya transferinin detalları açıqlanıb
"Qalatasaray"ın vinqeri Kerem Aktürkoğlu "Benfika"ya transfer olunub.
Sportline.az Türkiyə klubunun rəsmi hesabına istinadla xəbər verir ki, "Benfika" bu transfer üçün "Qalatasaray"a 12 milyon avro ödəyəcək.
Bundan əlavə "sarı-qırmızılılar" futbolçunun sonrakı satışından 10%-lik gəlir əldə edəcək.
25 yaşlı futbolçu yeni klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, 2020-ci ildən "Qalatasaray"da çıxış edən Kerem meydana çıxdığı 179 oyunda 46 qol vurub, 42 asist edib.