Kərim Diniyev rəsmən "Səbail"də
"Səbail” klubu qış fasiləsində növbəti futbolçu transferini həyata keçirib.
SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Kərim Diniyevlə müqavilə bağlanılıb.
Diniyev yanvarın 3-də "Kəpəz"lə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. O, "Səbail"in qış fasiləsində heyətinə cəlb etdiyi 4-cü oyunçu olub. 25 yaşlı yarımmüdafiəçidən əvvəl Aqşin Qurbanlı, Fəhmin Muradbəyli və Rahil Məmmədov transfer edilib.