Kerkez "Real Madrid"ə transfer olmaq istəyir
"Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, Kerkez "Real"dan təklif gözləyir.
21 yaşlı futbolçunun "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kerkezin hazırkı dəyəri "Transfermarkt" portalına görə 35 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 2 qol 6 asist müəllifi olub.