"Keşlə" argentinalı futbolçu alır
"Keşlə" yanvar ayında heyətini gücləndirəcək. SportLine.az xəbər verir ki, Bakı klubu Pablo Podio ilə razılığa gəlib.
Hazırda Çexiyanın "Fastav" kollektivinin şərəfini qoruyan argentinalı futbolçunun keçidi barədə məlumat verən komandanın baş məşqçisi Bohumil Panik, "Pablo daha çox meydana çıxmaq istəyirdi. Bizim komanda da isə rəqabət böyükdür və onun üçün belə bir imkan yoxdur. Buna görə, futbolçunun "Keşlə"yə keçidinə razılıq verdik", - deyib.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi cari mövsüm cəmi iki oyunda meydana çıxıb.