"Keşlə" ilk oyununda qələbə qazandı
Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün ilk yoxlama görüşünə çıxıb. SportLine.az xəbər verir ki, rəqib Makedoniyanın "Rabotniçki" klubu olub.
Qarşılaşmanın taleyini bir qol həll edib. Adrian Skarlatakenin 30-cu dəqiqədə vurduğu qol yeganə olub.
Qeyd edək ki, “Keşlə” Antalya toplanışı çərçivəsində yanvarın 29-da “Karpatı” (Ukrayna), fevralın 1-də isə “Yenisey”lə (Rusiya) üz-üzə gələcək.