"Keşlə" penaltilərdə "Laçi"yə uduzdu
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, "Keşlə" ilk oyununa çıxıb. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib. Penaltilər seriyasında məğlub olan "Keşlə" Avropa Liqası ilə vidalaşıb.
27 avqust
Avropa Liqası
1-ci təsnifat mərhələsi
21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) - 0:0 (penaltilər seriyası - 4:5)
Qırmızı vərəqə: Oliveyra, 72 ("Laçi"), Şəhriyar Əliyev, 112 ("Keşlə")
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”