"Keşlə" "Laçi"yə qarşı

"Keşlə" bu gün UEFA Avropa Liqasında mübarizəyə qoşulacaq.

Sportline.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında ötən mövsümün bürünc medalçısı Bakıda Albaniya "Laçi"sini sınağa çəkəcək.

"ASK Arena"dakı qarşılaşma saat 21:00-da start götürəcək. Pandemiya səbəbindən stadiona azarkeşlər buraxılmayacaq və cütün taleyini 1 oyun həll edəcək.

Bu, komandaların avrokuboklarda 2-ci dueli olacaq. Daha əvvəl 2015/2016 mövsümündə yenə Avropa Liqasının I raundunda üz-üzə gələn komandaların görüşündə o vaxtkı adı ilə "İnter" iki matçın nəticəsinə əsasən mərhələ adlamışdı.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust

21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya)
Hakimlər:
 Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı, “ASK Arena”

Qeyd edək ki, bu gün "Keşlə" ilə yanaşı, "Neftçi" və "Sumqayıt" da Avropa Liqasında mübarizəyə başlayacaq.