"Keşlə" qalib gəldi

Klublarımız Qəbələdə təlim-məşq toplanışına davam edirlər.

Sportline.az xəbər verir ki, yoxlama görüşündə "Keşlə" "Zirə" ilə üz-üzə gəlib. Oyun "Keşlə"ninminimal hesablı qələbəsi ilə başa çatıb. Avroliqa təmsilçimizin yeganə qolunu matçın 6-cı dəqiqəsində yeni transfer Rəhman Hacıyev vurub.

"Keşlə" - "Zirə" - 1:0
Qol:
 Rəhman Hacıyev, 6
Qəbələ. Şəhər stadionu

Qeyd edək ki, "Keşlə" ilk oyunda "Qarabağ"a 1:3 hesabıyla uduzub. Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" isə ilk görüşdə "Qəbələ" ilə qolsuz heç-heçə edib.