"Keşlə"nin daha iki rəqibi müəyyənləşdi

Topaz Premyer Liqasının ikinci dövrəsinin hazırlıqlarına Bakıda başlayacaq "Keşlə"nin yoxlama oyunları üçün daha iki rəqibi müəyyənləşib.

SportLine.az xəbər verir ki, Yuri Maksimovun komandası, həm Bakıda, həm də Türkiyədə üç yoxlama oyunu keçirəcək:

Bakı toplanışı

12 yanvar | "Keşlə" - "Zirə"
14 yanvar | "Keşlə" - "Neftçi"
19 yanvar | "Keşlə" - "Qaradağ Lökbatan"

Türkiyə toplanışı

26 yanvar | "Keşlə" - "Rabotniçki" (Makedoniya)
01 fevral | "Keşlə" - "Yenisey" (Rusiya)
"Keşlə" - "Karpatı" (Ukrayna) matçının vaxtı dəqiqləşməyib.

Qeyd edək ki, “Keşlə” Türkiyə toplanışını fevralın 2-də bitirəcək.