"Keşlə"nin qış planı müəyyənləşib

"Keşlə" klubu növbəti dövrənin oyunlarınının hazırlıqlarına Bakıda start verəcək. Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt komandası yanvarın 5-də bir araya gələrək məşqlərə başlayacaq. 

Hazırlıqlar çərçivəsində iki yoxlama matçı planlaşdırılıb. Yanvarın 14-də rəqib "Neftçi” olacaq. "Qaradağ Lökbatan"la nəzərdə tutulan digər görüşün tarixi hələ müəyyənləşməyib. 

Bakı toplanışından sonra "Keşlə" Türkiyənin Antalya bölgəsinə yola düşəcək. Azərbaycan komandası qardaş ölkədə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.