"Keşlə"nin rəqibi qayğılıdır

“Komandamın ilk hissədəki çıxışından razı qaldım. Ancaq qol şanslarını dəyərləndirə bilmədik”.

Sportline.az xəbər verir ki, bu sözləri “Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi”nin baş məşqçisi Armando Kunqu yerli “Apoloniya”ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib.

Albaniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Bakıdakı qarşıdakı görüş haqda qısaca danışıb: “Bilirik ki, azərbaycanlılara qarşı işimiz çətin olacaq. Amma oyunumuzu emosional yüklər olmadan keçirəcəyik”.

Xatırladaq ki, "Keşlə" - "Laçi" oyunu avqustun 27-də "ASK Arena"da saat 21:00-da başlanacaq.