Keylor Navas karyerasını “Fənərbağça”da davam etdirə bilər

Keylor Navas “Fənərbağça”nın formasını geyinə bilər.

Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, kosta-rikalı qolkiper “PSJ”dən ayrılmaq qərarına gəlib.

Fransa klubu da futbolçu ilə ilə vidalaşmağa hazırdır.

“Fənərbağça”nın təcrübəli qolkiper üçün təklif hazırladğı bildirilir. 

Qeyd edək ki, Keylor Navas ötən mövsüm icarə əsasında çıxş etdiyi “Notingem Forset”də meydana çıxdığı 17 oyunda qapısında 32 qol görüb.