Keyn "Bavariya"da qalacaq

"Bavariya"nın qol silahı Harri Keyn klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikolo Şıkira məlumat yayıb.

32 yaşlı forvard Münhen klubu ilə 2029-cu ilin yayına qədər yeni sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, H.Keyn "Bavariya"ya 2023-cü ilin avqust ayında "Tottenhem"dən 95 milyon avro qarşılığında transfer olunmuşdur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 34 qol, 4 asistlə yadda qalıb.