Keyn "Bavariya"da qalacaq - Yeni müqavilə imzalanacaq

"Bavariya" ingiltərəli ulduzu Harri Keynlə yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

32 yaşlı hücumçunun dəyəri 65 milyon avrodur.

Qeyd edək ki, H.Keyn 2023-cü ildən "Bavariya"da çıxış edir.