Keyn "Bavariya"da qalmaq niyyətindədir

"Bavariya"nın hücumçusu Harri Keyn klubda qalmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.

32 yaşlı futbolçunun Münhen klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, H.Keyn bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 28 matçda 31 qol, 4 asistlə yadda qalıb.