Keyn İngiltərəyə qayıdır? - Mançester klubu masada olacaq

"Bavariya"nın forvardı Harri Keyn karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Siti" 32 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

İngiltərə millisinin üzvünün "Bavariya" ilə sözləşməsi gələn ilin yayında başa çatacaq.

Qeyd edək ki, Münhen klubunun rəhbərliyi Keyni satmaq niyyətində deyil. Lakin son qərarı futbolçunun özü verəcək.

Banner