Keyn klubda qalacaq

"Bavariya"nın forvardı Harri Keyn karyerası ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu klubdan ayrılmaq niyyətində deyil.

Bu haqda "Mirror" nəşri məlumat yayıb.

Qeyd edək ki, H.Keyn cari mövsüm meydana çıxdığı 45 matçda 53 qol, 6 asistlə yadda qalıb.