Keyn "Mançester Yunayted"ə keçir?

“Mançester Yunayted” Harri Keyni heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

"Bavariya"da çıxış edən hücumçu mövsümün sonunda klubla yeni müqavilə danışıqlarına başlayacaq.

“Mançester Yunayted” isə bu prosesdə yarana biləcək hər hansı problemi diqqətlə izləyir və vəziyyətdən yararlanmağa hazırdır.

Buna baxmayaraq, Münhen təmsilçisi daxilində sakitlik hökm sürür. Klub rəhbərliyi Keynin yeni müqavilə imzalayacağına inanır və bu məsələdə narahatlıq keçirmir.

Qeyd olunur ki, “qırmızı şeytanlar” üçün hücumçu transferi hazırda əsas prioritet deyil.

Lakin Harri Keyn kimi səviyyəli futbolçunun transferi mümkün olarsa, klub bu fürsəti qaçırmaq niyyətində deyil.