Keyn rekorda şərik oldu

İngiltərə millisinin hücumçusu Harri Keyn yığmanın ən çox qol vuran futbolçusu rekordına şərik olub.

Sportline.az xəbər verir ki, o, buna DÇ-2022-nin 1/4 finalında Fransa ilə matçda (1:2) qol vuraraq nail olub. Beləliklə, 29 yaşlı oyunçu millidəki qollarını sayını 53-ə çatdırıb. Bununla da o, İngiltərə millisinin tarixində ən çox qol vuran Ueyn Runiyə (53 qol) çatıb.

Qeyd edək ki, Keyn 53 qolu 80 oyuna, Runi isə 120 oyuna vurub.

Banner