Keyn tarix yazdı
Harry Kane İngiltərə millisində növbəti tarixi gecəsini keçirib.
Sportline.az xəbər verir ki, komanda Çexiyanı 3:0 hesabı ilə məğlub edib, Keyn isə iki qol vurub. Hücumçu milli komandada 125-ci oyununa çıxaraq Piter Şiltonun rekordunu təkrarlayıb.
Keyn bununla yanaşı, İngiltərə millisində vurduğu qolların sayını 91-ə çatdırıb.
“Şəxsən mənim və komanda üçün mükəmməl gecə oldu”, – deyə futbolçu bildirib