Keysuke Honda və Canni De Byazi Ağdama getdi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "Neftçi"nin futbolçusu Keysuke Honda və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla birlikdə Ağdama səfər edib.

Onlar Cümə məscidində və "İmarət" stadionunda olublar.

Hər üç şəxs sözügedən stadionda topla oynama bacarığını nümayiş etdirib.

Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə hesablarında səfərlə bağlı bunları yazıb: "Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki, burada futbol yenidən doğulacaq" (Report).