Kikboksçularımız Avropa kubokundan 7 medalla dönürlər
Türkiyənin Antalya şəhərində, kikboksun WAKO versiyası üzrə Avropa kubokuna yekun vurulub.
Sportline.az xəbər verir ki, Azərbaycan seçmə komandası bu yarışda 7 medal qazanıb. Ən yüksək nəticəyə Sərhədçi İdman Klubunun yetirməsi Elcan Alıkişiyev nail olub. Dünya çempionu, əməkdar məşqçi Fuad Zeynalovun yetirməsi, bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb.
Sərhədçi Klubunun digər üzvləri - Elşad Şahbazov, Vüsal Kazımov və Qəşəm Məmmədov fəxrü kürsünün 2-ci pilləsinə qalxıb. Daha bir gümüş medala Uğur Hacızadə sahib çıxıb. Murad Babayevlə Lalə Mikayılova isə, bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa kuboku yarışında 23 ölkənin 2700 idmançısı mübarizə aparıb. Seçmə komandamız yarışa AKF-nin prezidenti, millət vəkili Adil Əliyevin rəhbərliyi ilə yollanıb.