Kikboksçumuz Türkiyədə qalib gəldi

Kikboksçumuz Pərviz Abdullayev növbəti döyüşünü keçirib.

Sportline.az xəbər verir ki, “AKIN Fight” turniri çərçivəsində “Qəbələ” klubunun təmsilçisi amerikalı döyüşçü Omar Moreno ilə üz-üzə gəlib.

İstanbulda baş tutan döyüş Abdullayevin qələbəsi ilə yekunlaşıb.