Kim Min Ce İtaliyaya qayıdır
"Bavariya"nın futbolçusu Kim Min Ce yenidən İtaliyada çıxış edə bilər.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Yuventus" 29 yaşlı stopperi heyətinə qatmaqda israrlıdır.
Cənubi Koreya millisinin üzvü bu mövsüm meydana çıxdığı 37 matçda 1 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, K.Min Cenin dəyəri 20 milyon avrodur.