Kimmix "Bavariya" ilə razılığa gələ bilməyib
"Bavariya"nın almaniyalı futbolçusu Coşua Kimmix klubla yeni müqavilə imzalamaya bilər.
Sportline.az "Süddeutsche Zeitung"a istinadən xəbər verir ki, Kimmix "Bavariya" ilə yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilməyib.
30 yaşlı futbolçu maaşının artırılması ilə bağlı Münhen klubunun rəhbərliyinə müraciət edib.
Qeyd edək ki, "Bavariya" Kimmixin bu təklfini qəbul etməyib.
Onun Almaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.