Klopp Almaniya millisini çalışdıra bilər

Dünya çempionatı ərəfəsində Almaniya milli komandasında baş məşqçi dəyişikliyi baş verə bilər.

Sportline.az xəbər verir ki, hazırkı baş məşqçi Yulian Naqelsmannla yolların ayrılması ehtimalı müzakirə olunur.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, hazırda “Red Bull” şirkətində Qlobal Futbol Rəhbəri vəzifəsində çalışan Yürgen Klopp Almaniya millisinin baş məşqçi postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.