Klopp Almaniya millisinin baş məşqçisi postuna gətirilir?
Almaniyalı mütəxəssis Yurgen Klopp Almaniya milli komandasının baş məşqçisi vəzifəsini qəbul etməyə hazırdır.
Sportline az “Kicker” nəşrinə istinadən xəbər verir ki, hazırkı baş məşqçi Yulian Naqelsmanın Almaniyanın Dünya çempionatından erkən ayrılmasından sonra komandada qalmaq istəməsinə baxmayaraq, vəzifəsindən ayrılması gözlənilir.
Mənbənin iddiasına əsasən, Almaniya Futbol Federasiyası Naqelsmanın gedişindən sonra əsas namizəd kimi məhz Yurgen Kloppu görür və təcrübəli mütəxəssis bu təklifi qəbul etməyə hazırdır.