Yurgen Klopp etiraf elədi

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Cordan Hendersonun komandanı tərk etməsinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün jurnalistlərə verdiyi açıqlamada buna özünün səbəb olduğunu deyib:

"Bizim danışığımız oldu. Və mən ona əsas heyət heyətin daimi üzvü ola biləcəyinə əmin olmadığımı bildirdim".

Qeyd edək ki, 2011-ci ildən "mersisaydlılar"ın formasını geyinən Henderson iyulun 27-də Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu ilə müqavilə bağlayıb.