Klopp qərarını verdi

“Red Bull Group”un idman direktoru Yurgen Klopp Almaniya millisində işləməkdə maraqlıdır.

Sportline.az xəbər verir ki, onun planları arasında Almaniya millisinin çalışdırmaq yer alır. AS nəşrinin iddiasına görə, “Real Madrid”də işləyəcəyi ilə bağlı xəbərlər yayılan Klopp hazırki postunda işləməkdən məmnundur. 

Qeyd edək ki, Yurgen Kloppun “Red Bull Group”dakı postundan ayrılacağı və “Real Madrid”i çalışdıracağı barədə iddialar dərc edilmişdi.