Kloppdan Salahla bağlı açıqlama
Avropa Liqasında relsdən düşən "Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın əsas qol silahı sayılan Məhəmməd Salahın durumuna aydınlıq gətirib.
Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis "Atalanta" ilə oyunda yeganə qolun sahibinin son vaxtlardakı performansı barədə sualı belə cavablandırıb: "Salahın forması məni elə də narahat eləmir. Bütün hücumçuların hədəfdən yayındığı hallar olur. Salah komandamızın ən təcrübəli simalarındandır. Penaltini dəqiq yerinə yetirsə də sonrakı epizodda qol vura bilmədi. Onun sadəcə bəxti gətirmədi deyə bilərik. Bu, ilk dəfə baş vermir".
Qeyd edək ki, Klopp bu fikri "Liverpul"un rəsmi saytına açıqlamasında bildirib.