Klub azarkeşləri irqçiliyə görə qınadı

"Nyukasl" Ingiltərə Premyer Liqasının 11-ci turunda "Arsenal"la oyunda yaşanan xoşagəlməz halla bağlı narahatlığını ifadə edib.

Sportline.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn "Nyukasl", azarkeşlərin oyundan sonra sosial şəbəkələrdə Bruno Qimaraynş və Co Uilloka qarşı irqçi təhqirlərini tənqid edib. 

"Bruno Gimaraynş və Co Uilloka qarşı irqçi təhqirləri qətiyyətlə pisləyirik. Münasibətimiz birmənalıdır. Futbolda və cəmiyyətdə irqçiliyə yer yoxdur. Biz Bruno və Coya dəstək veririk və günahkarları müəyyənləşdirmək və məsuliyyətə cəlb etmək üçün müvafiq qurumlara müraciət edəcəyik", - deyə klubun bəyanatında bildirilir.