Klublararası dünya çempionatının bir iştirakçısı dəyişdi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.
Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, Yeni Zelandiyada hökm sürən koronavirus pandemiyası üzündən mövcud karantin qaydalarına görə, "Oklend Siti" turnirdən imtina etmək məcburiyyətində qalıb. Onu Taiti təmsilçisi "Pirae" əvəzləyib.
Fevralın 3-dən 12-dək BƏƏ-də klublararası dünya çempionatı keçiriləcək. Turnirin favoritləri “Çelsi” (Çempionlar Liqası kubokunun qalibi) və “Palmeyras” (Libertadores Kubokunun qalibi) komandalarıdır. Onlar turnirə yarımfinaldan başlayacaqlar.
“Pirae" isə “Əl-Cəzirə” ilə qarşılaşacaq. Qalib komanda 1/4 finalda “Əl Hilal”la oynayacaq.