Kökçü klubunu dəyişir

“Feynord”la çempionluq sevinci yaşayan Orkun Kökçü yaxşı təklif gəlsə komandadan ayrılacağını deyib.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, Niderland çempionatında mövsümü qələbə ilə tamamlayan “Feyenord”da kapitanın gedişi məsələsi gündəmdədir. 

22 yaşlı futolçu “Doğru klub olsa bu yay yeni bir addım atmaq istəyirəm. Bu mövsüm "Feyenord" üçün əlimdən gələni etdim” - deyib. 

Qeyd edəki ki, Türkiyə millisinin üzvü ilə İngiltərə Premyer Liqasından “Arsenal” və “Tottenhem”, İtaliya A seriyasından isə “Roma” maraqlanır.