"Köln"ü "Brayton" dəyişir

"Köln" klubunun futbolçusu Said El Malaya İngiltərədən təklif var.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Brayton" almaniyalı futbolçuya elçi düşüb. 

19 yaşlı sol cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 18 milyon avrodur.

Qeyd edək ki, S.El Mala bu mövsüm meydana çıxdığı 14 matçda 5 qol, 3 asistlə yadda qalıb.