"Kolpp axmaq və uğursuzun biridir"
İngiltərə kubokunun 1/4 finalında "Mançester Yunayted"ə 3-4 hesabı ilə uduzan "Liverpul"un baş məşqçisi Yurgen Klopp jurnalistlərlə qalmaqal yaşayıb.
Sportline.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında müxbirlərdən birinə dediyi "Yaxşı görək, deyəsən sən bu gün formada deyilsən. Səninlə danışmağa əsəbim tab gətirməz" sözləri media tərəfindən narazılıqla qarşılanıb.
Tanınmış jurnalist Pirs Morqan almaniyalı mütəxəssisn bu adıımını X sisial şəbəkəsində belə şərh edib: "Klopp olduqca hissiyatsız axmaq və uğursuzdur".
Qeyd edək ki, "Liverpul" sözügedən qarşılaşmanın əlavə vaxtında uduzaraq mübarizəni dayandırıb.