Komandamız Avropa kubokunda birinci olub
Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Sportline.az xəbər verir ki, ölkəmiz yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.
Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə ediblər.
Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq. çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. -81 kq. çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. +90 kq. çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub.
-81 kq. çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə tamamlayıb.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.