Komandamız dünya çempionatından 3 medalla döndü
Belarus paytaxtı Minskdə qrapplinq növü üzrə dünya çempionatına yekun vurulub. SportLine.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışlarda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamızın üzvlərindən 2-si etimadı doğrultmağı bacarıb. Ən yaxşı nəticə İsmət Fərzəliyevin aktivindədir. 58 kq-dək çəki dərəcəsində mübarizə aparan istedadlı idmançı qrapplinqin iki versiyasında müvafiq olaraq qızıl və bürünc medala sahib çıxıb. Daha bir medal isə, ən güclü rəqabətin qeydə alındığı 84 kq-da qazanılıb. Təmsilçimiz Hacımurad Purtiyev çempionatın bürünc mükafatına layiq görülüb. Azərbaycan Pankration Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əskərov yarışın yekunlarını belə qiymətləndirib: “Güclü rəqabətə baxmayaraq, dünya çempionatından 3 medalla qayıtdıq. Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən yarışda qazanılan medallar gələcəyə daha böyük ümidlə baxmağa əsas verir ”. Qeyd edək ki, pankrationçularımız da bu günlərdə dünya çempionatında iştirak ediblər. Gürcüstanda təşkil olunan yarışda Qurban Şabanov, Nəriman İbrahimov və Nicat Səlimov fəxri kürsünün 3-cü pilləsinə qalxıb