Komandamız dünya çempionu oldu

Taekvondo üzrə Azərbaycan komandası Dünya kubokuna sahib çıxıb. SportLine.az xəbər verir ki, Meksikada keçirilən yarışın həlledici görüşündə idmançılarımız İran təmsilçilərini məğlub ediblər. Ümumi nəticədə 42-23 hesabı ilə üstün olan komandamızın heyətində Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Hərçəqanı və Radik İsaev mübarizə aparıb.

Qeyd edək ki, komandamız əvvəlcə Belçika (57-31), daha sonra isə Özbəkistan (31-11) və Cənubi Koreya (48-30) taekvondoçularını üstələyib.