Komandamız ilin ilk sınağına çıxacaq
Qadın cüdoçularımız fevralın 25-26-da Varşavada keçiriləcək Avropa Açıq Kubokunda iştirak edəcəklər.
Sportline.az xəbər verir ki, yarışa yollanacaq heyətdə Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Diana Şoranova, Nərgiz Hacıyeva (hər ikisi 63 kq), Günel Həsənli (70 kq) və Aytəkin Paşazadə (78 kq) yer alıb.
Bu, qadınlardan ibarət komanda üçün ilin ilk beynəlxalq yarışı olacaq.
Qeyd edək ki, turnirdə 45 ölkənin cüdoçuları mübarizə aparacaqlar.