Kompani fransalı stopperin qalmasını istəyir

"Bavariya"nın baş məşqçisi Vensan Kompani fransalı mərkəz müdafiəçisi Dayo Upamekanonun klubda qalmasını istəyir.

Sportline.az "BBC Sport"a istinadən xəbər verir ki, "Real Madrid" gələn ilin yayında 27 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

27 yaşlı oyunçu Madrid klubuna transfer olmağa isti yanaşır.

Qeyd edək ki, Upamekanonun dəyəri "Transfermarkt" portalına görə, 60 milyon avrodur.