Konate "Real"a keçə bilər

"Liverpul"un fransalı futbolçusu İbrahima Konate karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" Konateni heyətinə qatmaq niyyətindədir.

25 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.

Qeyd edək ki, Konatenin "Liverpul"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.