Konatenın taleyi sual altındadır

"Liverpul"un fransalı stopperi İbrahima Konatenın taleyi sual altındadır.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi 26 yaşlı mərkəz müdafiəçisinə yeni müqavilə təklif etməyi düşünür.

"Diario Sport"un yaydığı məlumata görə, "Real Madrid" Konateni azad agent kimi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Fransa millisinin üzvünün dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avrodur.