Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Fransa "Marsel"ini sınağa çəkəcək. Marseldəki matçda "köhlən atlar" 1:3 hesabı ilə məğlub olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" isə Çexiyada Praqa "Slaviya"sının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda rəqibinə 2:3 hesabı ilə uduzan İstanbul təmsilçisi mərhələni keçmək üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunları

24 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa)

İlk oyun - 1:3

21:45. "Randers" (Danimarka) - "Lester" (İngiltərə)

İlk oyun - 1:4

21:45. "Partizan" (Serbiya) - "Sparta" (Praqa, Çexiya)

İlk oyun - 1:0

21:45. "Makkabi" (Təl-Əviv, İsrail) - PSV (Niderland)

İlk oyun - 0:1

21:45. "Budyo Qlimt" (Norveç) - "Seltik" (Şotlandiya)

İlk oyun - 3:1

00:00. "Slaviya" (Praqa, Çexiya) - "Fənərbağça" (Türkiyə)

İlk oyun - 3:2

00:00. "Vitess" (Niderland) - "Rapid" (Vyana, Avstriya)

İlk oyun - 1:2

00:00. PAOK (Yunanıstan) - "Midtüllan" (Danimarka)

İlk oyun - 0:1