Konte həmyerlisini "Çelsi"yə gətirir

Növbəti mövsüm Çempionlar Liqasında qalib olmaq istəyən "Çelsi" heyətini gücləndirməkdədir. SportLine.az xəbər verir ki, baş məşqçi Antonio Kontenin hədəfində bu dəfə həmyerlisi - Lorenzo İnsinye var. 

BBC Sport-un yaydığı məlumata görə, "zadəganlar" artıq futbolçunun meneceri ilə görüşüb və müqavilə şərtlərini razılaşdırıblar. London təmsilçisinin "Napoli"yə yaxın günlərdə rəsmi təklif ünvanlayacağı gözlənilir.